Slimfit
  1. İQTİSADİYYAT

Dünya qida böhranı təhlükəsi ilə üz-üzə

Dünya qida böhranı təhlükəsi ilə üz-üzə
Sakura

Dünya qida böhranı təhlükəsi ilə üz-üzə

Koronavirus pandemiyası, yağış və quraqlıq, mal-heyvana yoluxan viruslar və dolların zəifləməsi fonunda tədarük zəncirlərinin pozulması dünyada ərzaq böhranı təhlükəsini artırır.

CBNC xəbər verir ki, ümumiyyətlə dünyada qıtlıq yoxdur, ancaq qida dəyəri artır. BMT-yə (Birləşmiş Millətlər Təşkilatı) görə, ərzaq qiymətləri artaraq, 2020-ci ilin avqust ayında fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.

Çin Statistika Bürosunun məlumatına görə, avqust ayında ölkədə ərzaq qiymətləri keçən ilin avqust ayı ilə müqayisədə 11 faizdən çox artıb. Donuzlardakı xəstəlik Çində heyvanların sayının kəskin şəkildə azalmasına və donuz ətinin 50 faiz artmasına səbəb olub.

Bundan əlavə, isti və yağışlı hava səbəbindən Çində tərəvəz qiymətləri 6,4 faiz, yumurtanın qiyməti isə 11,3 faiz artıb.

Bəzi ölkələrin qida təhlükəsizliyinə vurulan digər zərbə isə koronavirus pandemiyası zamanı tədarük zəncirlərinin pozulması olub. Fermerlər və kiçik müəssisələr tez xarab olan malları sata bilmədikləri üçün zərər çəkiblər. Bundan əlavə, koronavirus gübrə və toxum ehtiyatlarına zərbə vurub, eyni zamanda, vaxtında məhsul almağı təmin edən mövsümi işçi qüvvəsi axınını məhdudlaşdırıb.

Qida təhlükəsizliyinə digər bir təhlükə 2020-ci ildə dolların vəziyyəti olub. Yemək istehsalı üçün xammalın dəyəri ümumiyyətlə dollarla müəyyən edilir, beləliklə də, o zəiflədikcə qiymətlər yüksəlir.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR