Slimfit
  1. SİYASƏT

Dunya Miyatoviç Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib

Dunya Miyatoviç Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib
Sakura

Dunya Miyatoviç Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

Avropalı siyasətçi təcili şəkildə münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təmizlənməsinə ehtiyacın olduğunu bildirib.

“Kəlbəcərdə ikisi media nümayəndəsi olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı Qarabağda münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac olduğunu göstərir”, - deyə Dunya Miyatoviç qeyd edib.

Bir daha xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev tank əleyhinə minaya düşərək həlak olub, 4 nəfər isə yaralanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR