Slimfit
  1. MARAQLI

Dünya liderlərinin maaşı nə qədərdir?

Dünya liderlərinin maaşı nə qədərdir?
Sakura

Dünya liderlərinin maaşı nə qədərdir?

Dünya liderlərinin aylıq qazancları hər kəsin maraq dairəsindədir.

Bizimyol.info dünyanın məşhur siyasətçilərinin aldığı məvacibləri təqdim edir.

Donald Tramp, ABŞ prezidenti – 53 911 azn
Angela Merkel, Almaniya kansleri – 33 173 azn

Vladimir Putin, Rusiya prezidenti – 21 103 azn

Malkolm Törnböll, Avstraliya baş naziri – 52 071 azn
Castin Trudeau, Kanada baş naziri – 34 561 azn

Con Key, Yeni Zelandiya baş naziri – 43 305 azn
Donald Task, Aİ şurasının prezidenti – 42 427 azn
Şinzo Abe, Yaponiya prezidenti – 27 281 azn

Dünyada ən çox maaşı Sinqapur prezidenti alır.

Ukrayna prezidenti Pyotr Poroşenko ən az maaş alan prezidentdir. Onun bir aylıqmaaşı 2.400 dollar təşkil edir. Ukraynada illik orta gəlir 1.800 dollardır.

Azərbaycan prezidenti İlham Əliyevin aylıq maaşı 15.000 manatdır.

Rusiya prezidenti Vladimir Putinin aylıq maaşı 23.300 dollardır. Bu il Putinin gəlirləri 10 % azaldılıb. Amma yenə də tək yaşayan kişi üçün az pul sayılmır.

Belorusiya lideri Aleksandr Lukaşenkonun aylıq maaşı 2800 dollardan biraz çoxdur. Onun illik gəliri 33.600 dollardır.

Sinqapurun baş naziri Li Syan Lunun illik maaşı 2 milyon 183 min 516 dollardır. O, dünyanın ən çox maaş alan dövlət lideridir.

Honkonq icra aparatının rəhbəri Çun-İnq Leunq hər il 530 min dollar məbləğində maaş alır. O, dünyada ən çox maaş alan ikinci liderdir.

ABŞ prezidenti Barak Obamanın da illik maaşı 400 min dollardır. Bu maaş Obama ailəsinə kifayət edir. Çünki prezidentin həyat yoldaşı Mişel Obama Ağ Evin bostanlarında meyvə və tərəvəz də yetişdirir.

Almaniya kansleri Angela Merkelin aylıq maaşı 33 min dollardır. Onun həyat yoldaşı yaradıcılıqla məşğul olur. Övladı olmayan iki nəfərlik ailə üçün yaxşı maaşdır.

Fransa prezidenti Fransua Ollandın illik maaşı 230 min dollardır.

Böyük Britaniyanın baş naziri Tereza Mey isə bir il ərzində 215 min dollar maaş alır. Qazancının bir hissəsini Kameron səyahətləri üçün xərcləyir. Xərclərini qarşılamaq üçün evini kirəyə verir.

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumanın illik maaşı 21 min dollardır. 8 arvadı, 20 övladı olan bir kişi üçün bu çox zəif maaşdır.

Zimbabve prezidenti Robert Muqabenin aylıq maaşı isə 9.000 dollardır.

Argentina prezidenti Kristina Fernandes de Kirşnerin aylıq maaşı 28.500 dollardır. İki övlad böyüdən dul qadındır.

Hollandiya kralı Vilyam Aleksandrın aylıq maaşı 93.500 dollardır. Üç uşaq atası kral bu maaşa etiraz edə bilməz.

Sloveniyanın 1963-cü ildə anadan olan baş naziri Borut Paxorun illik maaşı 40.680 dollardır.

Siyahıda maaş almayan lider də var. Roma Papası bu vəzifə üçün qara qəpik də almır.

Mənbə: www.ann.az (bizimyol.info)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR