Dərc edildi: Baxış sayı: 519
Dünya liderləri Nur-Sultana toplaşdı
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası keçirilir.
“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, hazırki prezident Qasım-Jomart Tokayevin sədrliyi ilə baş tutan iclasda sabiq dövlət başçısı Nursultan Nazarbayev, Rusiya, Belarus, Moldova, Tacikistan, Qırğızıstan və Ermənistan liderləri Vladimir Putin, Aleksandr Lukaşenko, İqor Dodon, Emoməli Rəhmon, Sooronbay Jeenbekov və Nikol Paşinyan iştirak edir.
Tərəflər Avrasiya İqtisadi Birliyinin 2019-2020-ci illər üçün makroiqtisadi siyasətinin əsas prinsiplərini və digər məsələləri müzakirə edəcək, vacib sənədləri imzalayacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət