Dərc edildi: Baxış sayı: 532
Dünya iqtisadiyyatının nə zaman dirçələcəyi açıqlandı
Dünya iqtisadiyyatı COVID-19 pandemiyası üzündən ortaya çıxan böhranı 5 il ərzində dəf edəcək.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart bildirib.
“Karantinlə bağlı məhdudiyyətlərin ləğv olunmasından dərhal sonra sürətli qayıdış mümkündür, amma tam şəkildə düzəlmək üçün 5 il vaxt lazım gələcək”, - ekspert Madriddə keçirilən bir konfransa məsafədən qoşularaq qeyd edib.
Onun fikrincə, böhrandan sonra son 20 ildə ilk dəfə olaraq dünyada yoxsulluq səviyyəsi artacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət