Slimfit
  1. DÜNYA

Dünya iqtisadiyyatında problemlər yaranacaq - Çaraya

Dünya iqtisadiyyatında problemlər yaranacaq - Çaraya
Sakura

Dünya iqtisadiyyatında problemlər yaranacaq - Çaraya

İran ilə ABŞ arasında yaranmış gərginlik Yaxın Şərqdə iqtisadiyyatın geriləməsinə səbəb olacaq və son nəticədə Gürcüstana da mənfi təsir göstərəcək.

Axar.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Tiflis Dövlət Universitetinin Analiz və Proqnozlaşdırma Mərkəzinin direktoru Vaxtanq Çaraya deyib.

Onun sözlərinə görə, yaranmış gərginlik nəticəsində təkcə Gürcüstan üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün problemlər yaranacaq. Neftin qiymətinin artımı gözlənilirdi və artıq bu baş verib.

Mərkəzin direktoru deyib ki, bu gərginliyin fonunda yeni ticarət müharibəsi və yeni sanksiyalar gözlənilir. Bütün bunlar isə Gürcüstana birbaşa və dolayısı ilə ziyan vuracaq.

V.Çaraya bildirib: “Gürcüstan hər il İrandan gələn turistlərdən 100 milyon dollaradək gəlir əldə edir. Bu gərginlik nəticəsində Gürcüstan iranlı turistləri itirəcək. Eyni zamanda, İran ilə Gürcüstan arasında ticarət dövriyyəsi aşağı düşəcək. Ona görə ki, bu gün Gürcüstanın xarici ticarətində ixrac və idxalın 2 faizi İranın payına düşür. Çox böyük ehtimalla İran iş adamlarının Gürcüstana investisiya yatırımında da azalma olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR