Slimfit
  1. İDMAN

Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
Sakura

Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Ölkənizdə yaxşı oyunçuları görməkdən çox şadam. Bu həndbolçuların Avropa və dünya səviyyəli yarışlarda iştirak etmək potensialları var.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa deyib.

Həsən Mustafa qeyd edib ki, onlara çox yaxşı məşqlərlə yanaşı, məşqçilər və güclü komandalarla oyun təcrübəsi lazımdır. Buna görə də yaxın ölkələrlə əlaqələr qurulmalıdır: “Biz Azərbaycan Həndbol Federasiyası ilə görüşlər keçirdik. İstəyimiz Azərbaycan həndboluna dəstək verməkdir. Çünki Azərbaycan o ölkələrdəndir ki, çoxsaylı idman yarışları və tədbirlər keçirir. Ölkə başçısının idmana yüksək diqqət və qayğısından da xəbərimiz var”.

“Yerli federasiya ilə birlikdə Azərbaycan həndbolunu inkişaf etdirə bilərik. Mən buradakı oyunçuların, məşqçilərin, hakimlərin səviyyəsini görməkdən çox şadam. Axırıncı il demək olar ki, həndbolun böyük inkişafı və təbliği ili olmuşdur. Bu, o deməkdir ki, federasiya bu idmanı Azərbaycanda inkişaf və təbliğ etmək üçün böyük işlər görür. Mən buna görə, federasiya üzvlərinə təşəkkür etmək istəyirəm. Həndbolun məktəblərdə keçirilməsi çox vacibdir. Dünya Həndbol Federasiyasında bu məsələ ilə bağlı mühüm layihə var. Biz beynəlxalq federasiya olaraq sizə kömək göstərməyə hazırıq”, - deyə Dünya Həndbol Federasiyasının prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının qonağı olan Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa sentyabrın 20-də Bakıda “Azərsu” və “Azəryol” arasındakı dostluq oyununu izləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR