Slimfit
  1. İDMAN

Dünya Güləş Birliyinin prezidenti: 'Bakı güləşin gələcəyidir'

Dünya Güləş Birliyinin prezidenti: 'Bakı güləşin gələcəyidir'
Sakura

Dünya Güləş Birliyinin prezidenti: 'Bakı güləşin gələcəyidir'

"Dünya Güləş Birliyinin bugünkü iclasında çoxlu müzakirə oldu. Avropa təsnifat turniri üçün səsvermənin nəticəsi 3-ün 2-yə nisbətində idi".

Bu fikirləri "Report"un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına açıqlamasında Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç deyib. 

61 yaşlı funksioner Avropa olimpiya təsnifat turnirinin Macarıstanın paytaxtı Budapeştə verilməsinin səbəbini açıqlayıb. O deyib ki, burada həlledici amil şəhərin 2018-ci il dünya çempionatı yüksək səviyyədə təşkil etməsi olub: "Azərbaycan Güləş Federasiyası güclü qurumdur, böyük nəticələri var. Bakı güləşin gələcəyidir. 2013-cü ildə Dünya Güləş Birliyi çətin günlərini keçirirdi. Həmin il dünya çempionatını çətinliklə keçirdik. 2018-ci ildə isə Budapeştdə təşkil olunmuş mundialın səviyyəsi o qədər yüksək oldu ki, artıq bugünkü büro iclasında biz 3 il sonranın - 2022-ci ilin məsələsini həll etdik. Hazırda 2023-cü il mundialını təşkil etmək üçün iki ölkə bizimlə təmasdadır. Avropa Oyunları ilə Avropa çempionatı fərqli yarışlardır. Həm də televiziya müqavilələri hər iki yarış üçün bağlanılır. Özü də biri Avropa Olimpiya Komitəsi, digəri bizim federasiya ilə bağlanılır".

Laloviç son olaraq Azərbaycan güləşçiləri barədə də danışıb: "Onları adları ilə tanımasam da, hamısını üzdən tanıyıram. Azərbaycan kökənlilərə böyük hörmətim var. Bu yaxınlarda əslən iranlı Oyan Nəzəriani çimərlik güləşi üzrə yarışda iştirak edirdi. Dərhal onun Azərbaycan kökənli olmadığını anladım".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR