Slimfit
  1. DÜNYA

Dünya ərazisinin təxminən yarısına insan əli toxunmayıb

Dünya ərazisinin təxminən yarısına insan əli toxunmayıb
Sakura

Dünya ərazisinin təxminən yarısına insan əli toxunmayıb

ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti və Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, torpaqların təxminən yarısına insan əli toxunmayıb.

“Science Daily” xəbər verir ki, tədqiqatların nəticələri “Global Change Biology” jurnalında yayımlanıb.

Araşdırmada zamanı təbii torpaqların antropogen torpaqlara çevrilməsini aşkar edən dörd qlobal xəritə müqayisə edilib.

İnsanın təsirinə məruz qalan torpaqlara, tarla və təsərrüfat əraziləri, eləcə də şəhərlər və mədən əraziləri daxil edilib.

“İnsanların torpaq istifadəsi dünyanın təbii mühiti, xüsusən də mülayim və daha çox yaşanan ərazilərdə getdikcə ciddi təhlükə yaratsa da, torpaqların yarısı, demək olar ki, intensiv istifadə olmayan məkanlarda yerləşir”, - deyə tədqiqat qrupunun üzvü, coğrafiya üzrə professor Erl Ellis bildirib.

Topraqların təxminən 15 faizi və okeanların 10 faizi hazırda müəyyən formada qorunur. Digər tərəfdən, bəzi ekoloji təşkilatlar hökumətləri torpağın və okeanların qorunan hissəsini 2050-ci ilə qədər 50 faiz artırmağa çağırır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR