Slimfit
  1. İQTİSADİYYAT

Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb

Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb
Sakura

Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb. 

Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb. 

Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%). 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR