Slimfit
  1. MARAQLI

Dünya "divlər"inə meydan oxuyan Çinli

Dünya "divlər"inə meydan oxuyan Çinli
Sakura

Dünya "divlər"inə meydan oxuyan Çinli - Keçmiş hərbçinin 3 min dollarla inanılmaz uğuru

1987-ci ildə Çin ordusunda mühəndis işləyən orta yaşlı, texnologiya ilə maraqlanan biri özünün və yaşadığı şəhərin taleyini dəyişdirməyə qərar verdi. O, ya enerji şirkəti “South Sea Oil”də işini davam etdirməli, ya da əlindəki 3 min dollarla xəyalını qurduğu işi yaratmalı idi. O, ikincini seçdi. Şenzhendə bir binanın aşağı mərtəbəsini kirayələdi və Çin Xalq Cümhuriyyətinin telekommunikasiya və rabitə xidmətləri üçün verdiyi təşviq paketlərindən yararlanaraq şirkətini qurdu.

Haqqında danışdığımız şəxs bu gün dünyanın ən məşhur şirkətlərindən biri "Huawei"n qurucusu Ren Zhengfeidir.

Publika.az 31 il əvvəl bir bir mənzildə qurulan, bu gün dünyanın texnologiya sahəsindəki böyük şirkətləri ilə mübarizə apara bilən şirkətin uğur sirrini təqdim edir.

Çiçək mənası verən "Huawei", "Əpl"i geridə qoyub, indi hədəfi "Samsunq"dur.

Keçən həftə IDC şirkətinin rüblük smartfon idxalı ilə bağlı hesabatını açıqlayıb. Hesabata görə, "Huawei" şirkətinin bu bazarda payı 15.8 faizdir. Bu sıralamada "Əpl" şirkətinin payı 12.1, "Samsunq"un payı isə 20.9 faizdir.

Başqa sözlə, uzun illərdir ucuz telefon satışı ilə məşğul olan Çinin texnologiya şirkəti ağıllı telefonu kəşf edən "Əpl" şirkətini geridə qoyub.

Zhengfei hesabata baxanda şirkətini ilk qurduğu illərdə xəyal etdiyi zirvəyə doğru addımladığını görür. Belə ki, ildən-ilə rəqiblərinin satış faizləri enir və ya yerində qalırdı. Məsələn, "Samsunq" şirkəti son rübdə 71.5 milyon telefon satıb, ancaq ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.4 faiz geriləyib. "Əpl" şirkəti ilə yalnız ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 irəli gedib və 41.3 milyon telefon satıb.

Bəs "Huawei" şirkəti belə bir uğuru necə əldə etdi? Şirkət qurulandan bu vaxta qədər telekommunikasiya və rabitə sektorun infrasturukturu üzərində inkişaf etməsidir. Hətta şirkət gəlirlərinin 60-70 faizi yeni nəsil telefon satışından deyil.

Uğurun digər sirri isə onun qurduğu işbirlikləridir. Dünyanın ən yaxşı linzalarını istehsal edən Alman Leidce ilə 2016-cı ildən işbirliyinə başlayan şirkət "Huawei", Mate və P istehsallarında şəkil və video keyfiyyətini yüksəltməyi bacardı.

Şirkəti digər uğuru satışdan sonrakı xidmətlərə verdiyi dəyərdir. Bu şirkət məhsullarını alanlar 3 ay ərzində ekranı qırılarsa, heç bir ödəniş etmədən ekranı dəyişə bilirlər. Evlərə çatdırma, təmir kimi xidmətlər müştərilərin marağına səbəb olur.

31 il əvvəl qurduğu şirkətlə Zhengfei Şenzheni dünyanın ən böyük texnika istehsalı mərkəzinə çevirib.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR