Dərc edildi: Baxış sayı: 514
Dünya çempionu Zabit Səmədovun klubunda master-klass keçib
Muay tay (Tayland boksu) üzrə keçmiş dünya çempionu, Beynəlxalq Həvəskar Muay tay Federasiyasının baş katibi, Dünya Muay tay Şurasının vitse-prezidenti Stefan Foks Bakıda səfərdə olub.
Oxu.Az-ın xəbərinə görə, o, kikboksinq və muay tay üzrə döyüşçümüz Zabit Səmədova məxsus klubda olub, azərbaycanlı idmançılara master-klass keçib.
Bundan başqa, Stefan Foks gənclər və idman naziri Azad Rəhimovla, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevlə görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət