Slimfit
  1. İDMAN

Dünya çempionlarımız Azərbaycan çempionatında iştirak etmir

Dünya çempionlarımız Azərbaycan çempionatında iştirak etmir
Sakura

Dünya çempionlarımız Azərbaycan çempionatında iştirak etmir

Bu gün Bakı İdman Sarayında böyüklər arasında karate üzrə XXVI Azərbaycan çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, şəxsi (18+) və komanda (+16) kata, eləcə də, şəxsi kumite yarışları keçirilir.

Kumite yarışlarında kişilər və qızlar beş çəki dərəcələrində qüvvələrini sınayırlar.

Kişilər 60, 67, 75, 84 və +84 kq-da, qadınlar 50, 55, 61, 68 və +68 kq-da mübarizə aparırlar.

Bəs görəsən, milli üzvlərindən kimlər Respublika çempionatında iştirak etməyəcək?

Bu suala Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov aydınlıq gətirdi:

“68 kq çəki dərəcəsində İrina Zaretskaya bu yarışda iştirak etməyəcək. O, dünya çempionumuzdur, iştirakına ehtiyac da yoxdur. 75 kq-da Rafael Ağayevin zədələri var. Həm də o, son dünya çempionatında III yerə çıxıb. Onun da iştirakına ehtiyac yoxdur, dünyada bir nömrədir.

Kata millimizin üzvü Tural Balcanlı da əməliyyat olunduğu üçün bu yarışda iştirak edə bilməyəcək. Kumite millimizdən Rafiz Həsənov barmağından və Asiman Qurbanlı dizindən zədəlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR