Slimfit
  1. İDMAN

Dünya çempionatı bitdi: Güləşçilərimiz Olimpiadaya necə gedə bilər?

Dünya çempionatı bitdi: Güləşçilərimiz Olimpiadaya necə gedə bilər?
Sakura

Dünya çempionatı bitdi: Güləşçilərimiz Olimpiadaya necə gedə bilər?

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı başa çatdı.

Oxu.Az xəbər verir ki, 2020-ci ilin 22 iyul – 9 avqust tarixlərində keçiriləcək Tokio Olimpiadasına lisenziya verdiyindən, bu yarışın önəmi böyük idi.

Belə ki, güləş millilərimiz bu yarışa 28 idmançı ilə yollanmışdı. Yunan-Roma və sərbəst güləş üzrə yığmamız hərəyə 10 və qadın millimiz 8 idmançı ilə Qazaxıstanda mübarizə aparırdı. Hər üç yığmamız dünya çempionatından hərəyə iki medal qazana bildi. Yunan-Roma yığmamızda medallar bir gümüş, bir bürünc, qadınlarda bir qızıl, bir bürünc və sərbəst güləş millimizdə iki gümüş oldu.

Təbii ki, nəticə baxımından nisbətən yaxşı göstəriciyə qadın millimiz imza atdı. Çünki Mariya Stadnik (-50 kq) həm karyerasında ikinci dəfə dünya çempionu oldu, həm də dördüncü dəfə Olimpiadaya vəsiqə qazandı. Rafiq Hüseynovla (-82 kq) Cəbrayıl Həsənovun (-79 kq) gümüş, Elis Manolova (-65 kq) və Eldəniz Əzizlinin (-55 kq) bürünc medalları Olimpiadaya lisenziya baxımından heç bir əhəmiyyət kəsb etmirdi. Çünki bu idmançıların yarışdığı çəkilər qeyri-Olimpiya çəkiləri idi. Yalnız dünya çempionatının son görüşündə güləşən və gümüş medal qazanan Şərif Şərifovun (-97 kq) daha öncədən Olimpiadaya vəsiqə qazanması bəlli idi.

İndi bu medal qazanan idmançılarımız Olimpiadada iştirak etmək üçün ya çəkilərini azaltmalı, ya da artırıb Olimpiya çəkilərində mübarizə aparmalıdır. Sual doğa bilər. İdmançılarımızın bundan sonra Olimpiadaya çıxmaq şansları qalırmı? Çətin də olsa qalır.

Belə ki, bu dünya çempionatı hər olimpiya çəkisində ilk altı idmançıya lisenziya verirdi. Hər çəkidə qalan 10 idmançı isə lisenziya turnirləri vasitəsilə bu hüquqa yiyələnəcək. Martda Mərakeşdə Afrika və Okeaniya, Kanadada Pan-Amerikan, Macarıstanda Avropa və Çində Asiya olimpiya təsnifat turniri keçiriləcək. Bu lisenziya turnirlərinin hər çəkidə finalçıları Olimpiadaya vəsiqə qazanacaq. Təbii ki, bunlardan bizim idmançılar üçün maraq kəsb edəni martın 19-22-də Budapeştdə keçiriləcək yarışdır. Bu turnirə Bakı da ev sahibliyi etmək istəsə də, Dünya Güləş Birliyi İcraiyyə Komitəsi Ermənistan güləşçilərinin də yarışacağını nəzərə alıb, bunu Macarıstana salmağı məqsədəuyğun saydı.

Ancaq bu yarışda da lisenziya qazana bilməyən idmançılar üçün bu, son olmayacaq. Çünki 30 mart – 3 aprel tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada dünya olimpiya təsnifat turniri keçiriləcək. Bu yarışda hər çəki kateqoriyası üzrə iki finalçı Olimpiadaya vəsiqə qazanan son idmançılar olacaq. Bununla da hər çəki üzrə Olimpiadada mübarizə aparacaq 16 idmançının tam heyəti bilinəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR