Dərc edildi: Baxış sayı: 526
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) təsnifat mərhələsində Türkiyə təmsilçisi Heydər Yavuzla üz-üzə gələcək. 74 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev eyni mərhələdə hindistanlı Suşil Kumar ilə qarşılaşacaq.
92 kq çəkidə yarışan Şamil Zubayrov 1/8 finalda türkiyəli Süleyman Karadenizlə görüşəcək. 125 kq çəkidə Cəmaləddin Məhəmmədov isə belaruslu Vitali Plasniyakla güləşəcək.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət