Slimfit
  1. DÜNYA

Dünya bu qadından danışır - Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi

Dünya bu qadından danışır - Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Sakura

Dünya bu qadından danışır - Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi

Almaniya, Avstriya və İsveçrədə tibb sahəsində uğurlu işlər həyata keçirən həkimlərə və tibbi qurumlara verilən “German Medical Award” (Alman Tibb Mükafatı) bu il türkiyəli həkimə verilib.

Publika.az xəbər verir ki, mükafatın sahibi Avropada süni ürək nəqli edən ilk qadın cərrah Dilək Gürsoy olub.

“DW Türkçe”yə müsahibə verən Gürsoy bildirib ki, mükafat imza atdığı əvvəlki işlərə görə verilib, amma ona gəlcəkdə görəcəyi işlər üçün motivasiya qaynağı olub.

Dilək Gürsoy 1960-cı illərdə Almaniyaya köç edən işçi ailəsində dünyaya gəlib. 10 yaşında ikən atasını ürək çatışmazlığından itirib. İllər sonra atasını əlindən alan bu xəstəliklə mübarizə aparmaq üçün ürək cərrahı olub. Düsseldorf Tibb Universitetini bitirdikdən sonra cərrahlığa başlayan Gürsoy ən böyük çətinliyinin insanların orqanlarının bağışlamaması olduğunu deyib. Buna görə də süni ürək nəqli məsələsində irəliləyiş əldə etmək üçün çalışıb.

Qeyd edək ki, türkiyəli doktor ilk dəfə 2012-ci ildə süni ürək nəqli əməliyyatı keçirib. Onun məqsədi Avropa miqyasında Süni Ürək Mərkəzi yaratmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR