Dərc edildi: Baxış sayı: 167
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft qiymətləri artıb.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 83,55 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,65 dollar artaraq 78,01 dollar təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət