Dərc edildi: Baxış sayı: 476
Dünya Bankının rəhbəri vəzifəsinə ABŞ-ın Maliyyə Nazirliyinin baş meneceri Devid Melpas seçilə bilər
Dünya Bankının rəhbəri vəzifəsinə ABŞ-ın Maliyyə Nazirliyinin baş meneceri Devid Melpas seçilə bilər.
Fins.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp D. Melpası sözügedən vəzifəyə namizəd kimi göstərəcəyini bankın əsas səhmdarlarına bildirib.
Trampın tərəfdarlarından biri kimi tanınan D. Melpas digər səhmdarların da razılığını alarsa Dünya Bankının rəhbəri olacaq. Məlumatlara əsasən avropalı səhmdarlar sözügedən şəxsin namizədliyinə etiraz etməyib.
Qeyd edək ki, rəhbər kürsüsünə Trampın qızı İvanka Trampın da namizəd olacağı söylənilmiş, daha sonra isə bu məlumat təkzib edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət