Dərc edildi: Baxış sayı: 498
Dünya azərbaycanlıları birliyə və həmrəyliyə çağırıldı
Parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, müraciəti vitse-spiker Bahar Muradovasəsləndirib.
Müraciətdə qeyd olunur ki, Azərbaycan son bir əsrdə qərinələrə bərabər yol keçib.
Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın liderinə və azərbaycanlıların qürur yerinə çevrilib.
Vurğulanıb ki,bu illər ərzində xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib.
Müraciətdə dünya azərbaycanlıları bir daha birliyə və həmrəyliyə çağırılıb.
Sonda müraciət qəbul olunub və bununla da parlamentin payız sessiyası başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət