Slimfit
  1. DÜNYA

Dünya alman mallarını sevir, Çin məhsullarını isə...

Dünya alman mallarını sevir, Çin məhsullarını isə...
Sakura

Dünya alman mallarını sevir, Çin məhsullarını isə...

“Made in Germany” markalı məhsullar dünyadakı istehlakçılar arasında populyarlığına görə ilk yeri tutub.

Axar.az xəbər verir ki, bu nəticə “YuQov” İctimai fikrin öyrənilməsi institutu və Kembric Universitetinin apardığı tədqiqatdan sonra ortaya çıxıb. 23 ölkədə aparılan tədqiqatın nəticəsinə əsasən, Almaniyada istehsal olunan məhsullara istehlakçıların 50%-dən çoxu pozitiv yanaşır. Respondentlərin yalnız 6%-i Almaniya mallarına neqativ münasibət bəslədiyini bildirib.

Almaniyadan sonrakı yerlərdə İtaliya, Fransa, Britaniya, Yaponiya, Cənubi Koreya, Kanada, ABŞ, Niderland, Meksika və Honkonq qərarlaşıb.

Sonuncu pillədə isə özünə Çin yer alıb. Belə ki, Çin mallarına sorğu iştirakçılarının yalnız 15%-i pozitiv münasibət bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR