Slimfit
  1. CƏMİYYƏT

Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı

Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
Sakura

Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı

Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə "Bandotdel”də insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılmışdı. 

Ens.Az xəbər verir ki, Unikal.org polisə "işlədiyi” bildirilən Elnur Qasımovla əlaqə yaradaraq məsələnin təfərrüatını öyrənib:

"Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur.Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb. Şəklimi hansı vicdansız yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR