Dubnovdan İrəvana pis xəbər: Ermənilər artıq bunu anlayır
Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı jurnalist Vadim Dubnov deyib.
Erməni jurnalist müsahibə zamanı Aprel savaşından sonra Rusiyanın Azərbaycana silah satmasının Ermənistanda pis qəbul edilməsi, cəmiyyətdə Rusiyanın hərəkətindən nəticə çıxararaq, onun kimi öz maraqlarını müdafiə etməli olmasına dair fikir səslənməsi ilə maraqlanıb.
Dubnov isə cavabında erməni cəmiyyətində fikir ayrılığının olduğunu söyləyib:
“Təəssüf ki, 2016-cı ildən bu yana heç nə dəyişməyib. Biz yenidən bəyanatlarda mənası anlaşılmayan “müttəfiq” sözünü eşidirik. Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq. Rusiya nə 19-cu əsrdə, nə də 1915-ci ildə ermənilərlə müttəfiq olub. Bunu hər kəs yaxşı anlayır. Bununla belə, Rusiyaya qarşı ikibaşlı tələb irəli sürülür. Cəmiyyət onun müttəfiq olmadığını anlayaraq, buna inanmağa davam edir və inandıqlarına dair görüntü yaradır, çünki başqa sığınacaq yeri yoxdur. Bu da mif və yalandır. Əgər buna inanmırıqsa, o zaman nəsə praqmatik şey qurmağa cəhd edilməlidir. Amma bu, qurulmur, ona görə ki, heç bir siyasi fiqur, o cümlədən hazırda hakimiyyətdə olanlar bu praqmatizmi qurmağa cəsarət etmir. Məncə, erməni cəmiyyəti və siyasi elitası daxilində sözügedən ziddiyyət həll edilməyənə qədər bu vəziyyət davam edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət