Slimfit
  1. ELM

Dubnada fiziklər lirikadan danışıblar

Dubnada fiziklər lirikadan danışıblar
Sakura

Dubnada fiziklər lirikadan danışıblar

Moskva vilayətində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), MDB Dövlətlətarası Humanitar Əməkdaşlıq Fondu və BNTİ tərəfindən təşkil olunub. Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nizami Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid və başqaları iştirak ediblər.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi və rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev alimlərə işlərində uğurlar arzulayıb.

Daha sonra təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elm və mədəniyyət tarixinin öyrənilməsinə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə BNTİ-nin əməkdaşları Valter Furman, Yevgeni Şablin, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Abuzər Bağırov, AYB Moskva bölməsinin məsul katibi Afaq Şıxlı və başqaları iştirak ediblər.

Qeyd edək ki, dəqiq və humanitar elmlərin nümayəndələri arasında mübahisə ötən əsrin ortalarında sovet şairi Boris Slutskinin “Literaturnaya qazeta”da 1959-cu ildə dərc olunmuş “Fiziklər və liriklər” şeirindən sonra başlayıb. B.Slutski şeirində dünya qanunlarının dəyişməsi, müasir dövrdə ədəbiyyatçılara deyil, dəqiq elmlərə daha çox ehtiyac duyulduğu bildirmişdi.

Xatırladaq ki, “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfransın birinci hissəsi noyabrın 16-17-də Bakıda və Şamaxıda keçirilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR