Slimfit
  1. DÜNYA

Dubayda ən genişmiqyaslı qastronomik festival keçiriləcək

Dubayda ən genişmiqyaslı qastronomik festival keçiriləcək
Sakura

Dubayda ən genişmiqyaslı qastronomik festival keçiriləcək

2019-cu ilin fevral ayında Altıncı Dubay qastronomik festivalı meqapolisə qayıdacaq. Festivalın qonaqlarına təklif olunacaq 100 tədbirdən ibarət proqrama 2000-dən çox restoran qoşulacaq. Beləliklə, budəfəki festival öz miqyasına görə bütün əvvəlki festivalları üstələyəcək.

Fevralın 21-dən martın 9-dək bütün dünyadan Dubaya gələn qonaqlar çox maraqlı qastronomik səyahətə çıxa biləcəklər. Bu səyahət zamanı onlar şəhərin hay-küylü küçələrindəki xəlvət guşələrdə autentik mətbəx nümunələrini dadmaq, Dubayın ən yaxşı restoranlarında 3 xörəkdən ibarət ləzzətli nahar və ya şam yeməyindən sonra bu şəhərin ən yeni kulinariya konsepsiyalarını qiymətləndirmək imkanı əldə edəcəklər.

Dubay Festivallar və Pərakəndə Satış Departamentinin (DFRE) baş direktoru Əhməd əl-Xacə deyib: “Qastronomik festival Dubayda keçirilən kulinariya və əyləncə tədbirləri təqvimində xüsusi yer tutur. Bu festivalın sayəsində Dubay həm regionda, həm də dünyada aparıcı qastronomik istiqamət kimi tanınıb. Son beş ildə yerli şirkətlərlə tərəfdaşlıq əlaqələrini möhkəmlətmişik. Ona görə də bu il hamımız Dubay qastronomik festivalını tamamilə yeni səviyyəyə qaldırmaq əzmindəyik”.

Festivalın əsas məkanı - “Sunset Beach” çimərliyində, “Sunset Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Beach Canteen” qonaqları yeni görkəmdə qarşılayacaq. Burada yeni kulinariya konsepsiyaları, müxtəlif əyləncələr və uşaqlar üçün xüsusi oyun zonaları nəzərdə tutulur. Ağzının danını bilən valideynlər müxtəlif ustad dərslərində öz kulinariya vərdişlərini cilaladığı, çimərlik teatrının səhnəsində aşpazların çıxışlarını dinlədiyi müddətdə körpələr də darıxmayacaqlar.

Şəhərin qonaqları Dubayın ən yaxşı restoranlarında təklif olunan delikatesləri sabit qiymətə dada biləcəklər. On gün ərzində üç dəfə yemək cəlbedici qiymətə - bir nəfər üçün 199 dirhəmə başa gələcək. 2019-cu il Dubay restoran həftəsində iştirak edən restoranların tam siyahısı ilə, habelə xüsusi festival menyuları ilə tanış olmaq üçün https://reserveout.com/dubai-en/dubai-restaurant-week-2019  saytına müraciət edə bilərsiniz.

Dubayın alternativ qastronomik həyatı ilə yaxından tanış olmaq üçün yerli sakinlərin rəyləri əsasında tərtib edilmiş “Gizli incilər” adlı siyahıdan hər kəs öz zövqünə uyğun iaşə müəssisəsi seçə bilər. Turistlərin çoxuna hələ məlum olmayan belə yerlərdə qiymətlər də çox münasibdir. Bu il Dubay qastronomik festivalının tərəfdaşı şəhərin restoranları barədə məlumatın cəmləşdiyi populyar “Zomato” nəşridir. Yerli sakinlər “Gizli incilər -2019” ulduz onluğuna daxil edilməyə layiq olan sevimli müəssisələri bu nəşrə əsasən seçə bilərlər. Nominantların siyahısı ilə www.dubaifoodfestival.com  saytında tanış ola bilərsiniz.

Bu il Dubay qastronomik festivalı şəhərin qonaqları və yerli sakinlər üçün unikal bir macəra – “Qurmanlar üçün təəssüratlar” adlı yeni proqram təklif edəcək. Ləziz yeməklərə üstünlük verənlər 16 müxtəlif yeməkdən ibarət xüsusi şam yeməyi zamanı açıq mətbəxdə təcrübəli aşpazların rəhbərliyi ilə keçiriləcək ustad dərslərində iştirak edə bilərlər. Məxsusi olaraq yalnız Dubay qastronomik festivalı dövründə təklif ediləcək yeni qəhvə brendi də unikal dadı ilə seçiləcək.

Builki qastronomik festival çərçivəsində “The Westin Dubai Mina Seyahi Beach Resort & Marina” otelində iki günlük pendir festivalı nəzərdə tutulur. Burada dünyanın ən müxtəlif guşələrindən gətirilmiş pendirlər nümayiş etdiriləcək. Üç gün ərzində - fevralın 28-dən martın 2-dək yeni “City Walk 2” kompleksinin ərazisində “Qaleri-lafayet küçə yeməyi yarmarkası” qonaqları gözləyir. Burada canlı konsertlər və bütün ailə üçün proqramlar təşkil ediləcək. Dalbadal on iki il ərzində, bu dəfə martın 7-dən 9-dək “Dubai Media City”də keçiriləcək “Dubay dadı” sərgisində usta aşpazlar öz məharətini nümayiş etdirəcək, qonaqlar isə ən müxtəlif ailə şənliklərində iştirak edə biləcəklər.

Festivalın tarixində ilk dəfə qastronomik bayram tədbirləri restoranların hüdudlarını aşaraq hipermarketləri, supermarketləri və ərzaq mağazalarını da əhatə edəcək. Bu müəssisələrdə müxtəlif yeməkləri, içkiləri, məişət texnikası, mətbəx avandanlığı və tekstil məmulatlarını 75 faizə qədər güzəştli qiymətlərlə almaq mümkün olacaq.

Builki qastronomik festivalın qonaqlarını daha bir yenilik gözləyir. “Dubay qastronomik festivalında istirahət günləri sürprizləri” sayəsində cümə axşamı, cümə və şənbə günlərində müəyyən mağazalarda (hər uikenddə bir brend olmaqla) səhər saat 10-dan etibarən müxtəlif malları güzəştli qiymətlərlə almaq mümkün olacaq.

Mənbə: AZƏRTAC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR