Dərc edildi: Baxış sayı: 870
Dubay polisi rekord iftar süfrəsi təşkil edib
Dubay polisi müqəddəs Ramazan ayı münasibətilə uzunluğuna görə rekord hesab olunan iftar süfrəsi təşkil edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Gulf News məlumat yayıb.
Nəşrin məlumatına görə, süfrənin uzunluğu 6 kilometr təşkil edib. Bu da Ginnesin rekordlar kitabına “ən uzun iftar süfrəsi” kimi daxil olub.
Dubay polisinin təşəbbüsü xeyriyyəçilik məqsədi daşıyıb. İftarda Hindistan, Şri-Lanka, Pakistan və digər Asiya ölkələrindən gəlmiş 13 min fəhlə iştirak edib.
İftar süfrəsinin hazırlanmasında 35 restoran və müxtəlif dövlət qurumlarından 500 nəfər könüllü çalışıb. Ümumilikdə tədbirin hazırlanmasına 200 saat sərf edilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət