Slimfit
  1. İQTİSADİYYAT

Dubay hökuməti iqtisadiyyatı dəstəkləmək üçün 1,5 milyard ayırır

Dubay hökuməti  iqtisadiyyatı dəstəkləmək üçün 1,5 milyard ayırır
Sakura

Stimullaşdırma paketinə həm fiziki, həm də hüquqi şəxsləri əhatə edir

Dubayda iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər elan olunub.

Ens.az bildirir ki, Dubay hakimiyyəti COVID-19 koronavirusunun yayılmasından sonra yerli iqtisadiyyatı və onun bərpasını dəstəkləmək üçün daha 1,5 milyard dirhəm (410 milyon ABŞ dolları) ayırıb.

Qərar BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun verdiyi sərəncamla qəbul edilib. 

Beləliklə, yerli biznesə dövlət dəstəyinin ümumi miqdarı 2020-ci ilin mart ayından bəri 6,3 milyard dirhəmə (1.7 milyard ABŞ dolları) çatıb. Vəsait şirkətlərin likvidliyini dəstəkləmək, onları “ayaqda saxlamaq”, maliyyə yükünü azaltmaq və iqtisadi fəaliyyətə kömək etmək üçün istifadə edilib.

Hökumətin qərarına görə, 2020-ci ilin iyul-dekabr ayları arasındakı ümumi 7% bələdiyyə yığımının (satışdan əldə olunan) yarısı, "Turist Dirhəm" adı altında ümumi ödənişin 50% -i 2020-ci ilin sonunadək otel və restoranlara qaytarılacaq.

İnşaat sektorunda bütün tərəflərin görülən işlərə görə vaxtında ödəniş almaq hüquqlarına riayət olunmasını təmin edən yeni maliyyə sistemi tətbiq olunur. Dubaydakı özəl məktəblər ticari və təhsil lisenziyalarının yenilənməsi üçün cərimələr və ödənişləri 2020-ci ilin dekabr ayının sonuna qədər ödəməkdən azad ediliblər.

“İqtisadiyyatımızın çevikliyinə və gücünə inanırıq. Özəl sektora çətinliklərin öhdəsindən gəlməyə və ən qısa müddətdə normal fəaliyyətə qayıtmağa kömək edəcəyik. Sizi əmin edirik ki, iqtisadiyyatın bütün sahələrini dəstəkləyəcəyik "şeyx Həmdan deyib.

Xatırladaq ki, 2020-ci ilin martında Dubay hökuməti ilkin məbləği 1,5 milyard dirhəm olan iqtisadi stimullaşdırma proqramına başlayıb. Proqram üç ay müddətinə tərtib edilmiş və kommersiya sektoru, pərakəndə satış, xarici ticarət, turizm və enerji sahələrinə yönəlmiş 15 sahədən ibarətdir.

Stimullaşdırma paketinə həm fiziki, həm də hüquqi şəxslər üçün üç ay ərzində su və elektrik enerjisi tariflərində 10% endirim daxil edilib. Bundan əlavə, hökumət su və elektrik şəbəkələrinə qoşulmaq üçün əvvəlcədən ödəmələrin miqdarını iki dəfə azaldıb. Bu tədbirlər turizm, pərakəndə satış, xarici ticarət və logistika kimi sahələrdə işi asanlaşdırıb.

Mənbə: businessemirates.ae

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR