Dərc edildi: Baxış sayı: 277
DTX rəhbərliyi Xocalı abidəsini ziyarət etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər
.Ens.az xəbər verir ki, bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət