Slimfit
  1. CƏMİYYƏT

DTX-nın həbs etdiyi başçı Nefçalada nələr edib?

DTX-nın həbs etdiyi başçı Nefçalada nələr edib?
Sakura

DTX-nın həbs etdiyi başçı Nefçalada nələr edib?

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə həbsindən bir müddət əvvəl qeyri-rəsmi şəkildə xəbərdarlıq olunubmuş.

Axar.az xəbər verir ki, bu faktı “Yeni Müsavat”ın Neftçala rayonundan reportaj hazırlayan əməkdaşları üzə çıxarıb.

Məlum olub ki, DTX əməliyyatından sonra İcra hakimiyyətinə gələn-gedən yoxdur. Bələdiyyə sədrləri və icra nümayəndələri şahid qismində ifadə verirlər, hazırda araşdırma davam edir.

İ.Vəliyevin başçı olduğu ərəfədə rayonda heç bir abadlıq-quruculuq işləri aparılmadığı da üzə çıxıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır. Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi də pis vəziyyətdədir.

Rayonun ən böyük problemlərindən biri də su ilə bağlıdır. Kür sahilində yerləşən rayon susuzluqdan əziyyət çəkir.

Sabiq icra başçısının Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə eşşək və keçi fermaları da var. Həmçinin rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus min hektarlarla torpaq sahələrini başçı özəlləşdirib.

Dövlət vəsaiti hesabına rayona ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirilib və bu texnikaları rayon sakinlərinə icarəyə verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR