Slimfit
  1. CƏMİYYƏT

DTX həbs etdiyi XİN vəzifəlilərinin məhkəməsi başlayır

DTX həbs etdiyi XİN vəzifəlilərinin məhkəməsi başlayır
Sakura

DTX həbs etdiyi XİN vəzifəlilərinin məhkəməsi başlayır

Ötən ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri Fərhad Mollazadə və idarənin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XİN isə bu iş üzrə zərərçəkmiş tərəf kimi tanınıb. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Fərhad Mollazadə isə Azərbaycan Demokratik Partiyasının sədri, deputat Asim Mollazadənin əmisi oğludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR