Dərc edildi: Baxış sayı: 810
“DSX sərhədlərin toxunulmazlığını təmin edir” - Azad Ələkbərov
"Bu ilki düşərgəmiz Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü qeyd etdiyimiz ərəfəyə təsadüf etməsi ilə əlamətdardır. Dövlət sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir"
Azvision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov DSX-nin Sahil Mühafizəsində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
General-leytenant bildirib ki, Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir:
"Hazırda açılış mərasiminə toplaşdığımız layihənin də əsas məqsədi gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların istirahətinin mənalı təşkil edilməsidir".
DSX rəisinin müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ideyası, təşəbbüsü və birbaşa siyasi iradəsinin nəticəsi kimi yaranmış "ASAN xidmət" artıq ölkəmizin brendinə çevrilib və çoxsaylı uğurlu nəticələrə nail olub:
"Qürurverici haldır ki, dünyanın bir çox qabaqcıl ölkələri "ASAN xidmət"in təcrübəsinə maraq göstərir, onu öz ölkələrində tətbiq etməyə başlayıblar. "ASAN xidmət"in əldə etdiyi bu nailiyyətlərdə sözsüz ki, könüllülərin xidməti, rolu danılmazdır. Həmçinin biz bilirik ki, gənclərin əksəriyyəti ASAN könüllülərinin sırasına qatılmaq istəyir və yalnız ən yaxşıları bu şərəfə layiq görülürlər. Çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülər "ASAN Xidmət" mərkəzlərində olduqları vaxt ərzində ictimai və sosial məsulliyyətləri artır, əmək təcrübəsi toplayır, həmçinin əsl vətəndaş, ləyaqətli insan kimi formalaşırlar. Bu gün savadlı, müasir, vətənpərvər gəncləri gördükdə Azərbaycan Respublikasının işıqlı gələcəyinə olan inamımız daha da güclənir".
General xatırladıb ki, əvvəllər də Dövlət Sərhəd Xidməti ilə "ASAN Xidmət" Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə “Hərbiyyə” vətənpərvərlik düşərgələri təşkil olunub:
"Bu ilki “Hərbiyyə” vətənpərvərlik düşərgəsi əvvəlkindən fərqli olaraq ölkəmizin dəniz sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında təşkil olunub. “Hərbiyyə - Xəzər ” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində siz Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən, mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş “Tufan” və “Şahdağ” sərhəd gözətçi gəmiləri ilə tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcək, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaqsınız. Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət