Dərc edildi: Baxış sayı: 608
DSX rəisi Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxladı
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quıiyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə Axar.az-a DSX-dən məlumat verilib.
Belə ki, o, sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət