Slimfit
  1. HƏRB

DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib

DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib
Sakura

DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib

Dövlət Sərhəd Xidmə­ti­nin (DSX) sərhəd qoşunlarının “Xu­dat” sər­həd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kom­pleksi xidməti istifadəyə verilib. 

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Zastava dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xid­mətin key­fiyyətinin yük­səl­dil­məsi, hərbi qulluqçuların sosial-məişət şərai­tinin yaxşılaş­dırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə inşa edilib. 

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizə­si­­nə gös­tə­rdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmə­tinin bütün hərbi hissə və bölmə­lərində şəxsi heyət üçün yüksək xid­mət və məi­şət şəraitinin yaradılmasını qeyd edib, yeni is­ti­fa­dəyə veri­lən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü ol­du­ğu­nu vurğulayıb.

1992-ci ilin iyunun 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olma­yan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qa­baq­cıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sər­həd­­lərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiy­yətlər əldə edib.

Mərasimdə Prezident, Silahlı Qüv­və­lərin Ali Baş Ko­­man­­da­nı İlham Əliyevin “Xudat” sərhəd dəs­tə­sinə 4 dəfə səfər etmə­­sinin şəxsi heyətdə bö­yük ruh yüksəkliyi ya­rat­ması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vur­ğulan­ıb.

Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu ol­­mayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakin­lə­ri­nin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Qu­liyev sərhəd mühafizəsinin təşkili­nə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdar­lığını bildirib.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov sərhəd­çiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar ar­­zula­yıb, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xid­mət etməsini bil­dirib, yerli sakinlərin problemlərinin həllinə sər­həd­çilərin daima dəs­tək verməsinə görə minnətdarlığını ifadə edib.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub.

Rəmzi lent kəsildikdən sonra ge­ne­­ral-pol­kov­nik Elçin Quliyev qo­naqlarla birlikdə sərhəd zastavası kompleksində yaradılmış şəraitlə ta­­nış olub. Müasir tələblərə ca­vab verən sərhəd zas­ta­vasında şəx­si heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, is­ti­ra­hət və xüsusi təyinatlı otaq­lar, təlim şəhərciyi, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemləri, ha­mam-cama­şırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, me­­bel və avadan­lıq­larla təmin edilmiş mənzil­lər və digər tikililər sərhədçilərin istifa­də­si­nə verilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR