Slimfit
  1. AZƏRBAYCAN

DSX-nın hərbi hissələrində Xocalı faciəsi anılıb

DSX-nın hərbi hissələrində Xocalı faciəsi anılıb
Sakura

DSX-nın hərbi hissələrində Xocalı faciəsi anılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Metbuat.az-a verilən məlumata görə, DSX-nin Aparatında, Sahil Mühafizəsində keçirilən tədbirlərdə və Azərbaycan İstiqlal Muzeyində, Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində DSX hərbi qulluqçularının ekskursiyaları zamanı çıxış edənlər XX əsrin sonlarından başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə aparılan etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət kimi dəyərləndiriblər. 



Bu qanlı hadisə zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfərin isə əsir və girov götürülməsinin bəşəriyyət tarixində silinməz qanlı səhifə kimi qalacağı xüsusi vurğulanıb. 



Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunub. 



Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırımı nəticəsində həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi və şəhidlərin ailə üzvlərinə dövlət qayğısının daha da artırılması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. 



İştirakçılar Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə faciənin dəhşətli faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasıda “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olmasını dəyərləndiriblər. Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. 

 



 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR