Slimfit
  1. CƏMİYYƏT

DSMF-nin Lənkəran şöbəsində aparılan auditin nəticələri açıqlandı

DSMF-nin Lənkəran şöbəsində aparılan auditin nəticələri açıqlandı
Sakura

DSMF-nin Lənkəran şöbəsində aparılan auditin nəticələri açıqlandı

Hesablama Palatasının 2020-ci il üzrə İş Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə (Şöbə) 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrası üzrə uyğunluq auditi aparılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,yoxlamanın nəticələri aşağıdakı kimi olub:

Vahid  Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən ailə tərkibinin və ailənin yaşayış yerinin, ailə üzvünün işə girməsi və ya işdən çıxması nəticəsində ailənin gəlirlərinin dəyişməsi faktlarının vaxtında aşkar edilməməsi nəticəsində auditlə əhatə olunan dövrdə 286 halda ünvanlı dövlət sosial yardımı üzrə ödəniş davam etdirilərək, ümumilikdə 214,7 min manat məbləğində sosial yardım ödənilmiş, həmçinin, sosial yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayanmasına səbəb ola biləcək məlumatların vətəndaşlar tərəfindən təqdim edilməməsi səbəbindən bağlanılmış 234 sosial yardım işi üzrə vətəndaşların müvafiq bank hesablarında audit olunan dövrün əvvəlinə cəmi 24,4 min manat məbləğində vəsait qalıb.

Bununla yanaşı, Müavinət Alt Sisteminin digər müvafiq alt sistemlərə lazımi səviyyədə inteqrasiya olunmaması nəticəsində sosial müavinətin ödənişinin dayandırılması üçün mövcud olan əsaslar, o cümlədən, vətəndaşların vəfat etməsi, əmək pensiyası hüquqlarının olması və ya işləməsi vaxtında aşkar edilməmiş, əmək pensiyası hüququ olan, eləcə də sosial müavinət almaq hüququ olmayan vətəndaşlara 96 sosial müavinət işi üzrə cəmi 96,9 min manat vəsait ödənilmiş, həmin vəsaitdən müxtəlif səbəblərdən 80 iş üzrə 84,1 min manat vəsait müvafiq bank hesablarında qalmışdır. Auditlə əhatə olunan dövrdə düzgün olmayaraq ümumilikdə 246 pensiya işi üzrə 276,1 min manat məbləğində vəsaitin ödənilməsi həyata keçirilib, həmin vəsaitdən müxtəlif səbəblərdən pensiya hesablarında 137,5 min manat vəsait qalmış, habelə məcburi dövlət sosial sığorta haqları hesabına 3248,82 manat artıq müavinət ödənilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən əsassız və artıq ödəmələr üzrə 116,5 min manat vəsait dövlət büdcəsinə, 276,6 min manat vəsait isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə olmaqla, ümumilikdə 393,1 min manat vəsait bərpa edimiş və ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 286 iş üzrə ödəniş dayandırılıb, eyni zamanda Hesablama Palatasının müvafiq qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 259 sosial yardım işi üzrə ödənilmiş ümumilikdə 214,7 min manat, sosial müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 5404,36 manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 2749,82 manat vəsaitin müvafiq büdcələrə bərpa olunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR