Slimfit
  1. İDMAN

Draqan Stoykoviç: "Azərbaycan millisinin qolundan sonra çox əsəbiləşdim"

Draqan Stoykoviç: "Azərbaycan millisinin qolundan sonra çox əsəbiləşdim"
Sakura

Draqan Stoykoviç: "Azərbaycan millisinin qolundan sonra çox əsəbiləşdim"

"Çox çətin oyun gözləyirdik. Amma görüş daha ağır alındı".

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis Azərbaycan millisi yaxşı komanda olduğunu bildirib: "Sürətli əks-hücumlara çıxmağı bacarır. Hesab bərabərləşdikdən sonra bizə daha çətin oldu. Qələbə qazandığımız üçün məmnunuq. Önəmli olan da budur".

Stoykoviçin sözlərinə görə, bu gün qol buraxmaq planda yox idi: "Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə təəssüflənirəm. Həmin epizoddan sonra çox əsəbiləşdim. Sevinirəım ki, vəziyyəti düzəldə bildik".

Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".

Bakını çox sevdiyini deyən mütəxəssis buraya ailəsi ilə gələcəyini vurğulayıb: "Növbəti dəfə Bakıya turist kimi gələcəyəm. Azərbaycan mənim üçün maraqlı yerdir. Bakını gəzdim, çox xoşuma gəldi. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Şəhər çox dəyişib. Əvvəlkindən əsər-əlamət yoxdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR