Slimfit
  1. MƏDƏNİYYƏT

Dr. Məhəmməd Pur Milli Kitabxanada olub

Dr. Məhəmməd Pur Milli Kitabxanada olub
Sakura

Dr. Məhəmməd Pur Milli Kitabxanada olub

V Beynəlxalq Teatr Konfransının iştirakçısı İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Dr. Məhəmməd Pur Milli Kitabxanada olub. SİA-nın məlumatına görə, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonağı salamlayıb və hər zaman Təbrizli qardaşlarımızla əməkdaşlıq etməkdən məmnun olduğunu bildirib. Prof. Kərim Tahirov Milli Kitabxananın Təbrizdə keçirilən Beynəlxalq Kitab sərgilərində iştirakını və Azərbaycanın Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin göstərişi ilə Təbriz Mərkəzi kitabxanalarına müntəzəm olaraq Milli Kitabxana tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına aid kitabların göndərilməsini xüsusi qeyd edib.

Dr. Məhəmməd Pur Təbrizdə iki böyük kitabxananın olduğunu və onların Milli Kitabxana ilə qarşılıqlı əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bildirib və bu məqsədlə ilk addım kimi növbəti tədbirlərə Azərbaycan Milli Kitabxanasını dəvət edəcəyini xüsusilə qeyd edib. Dr. Məhəmməd Pur Firdovsi, Hafiz Şirazi, Məhəmməd Hüseyn Şəhriyarın və digər şair və yazıçıların əsərlərinin və “Molla Nəsrəddin”in nadir nüsxələrinin Təbriz Mərkəzi Kitabxanasının fondunda xüsusi yer tutduğunu bildirmiş və bu cür dəyərli nəşrlərin foto surətinin Milli Kitabxanaya veriləcəyini söyləyib.

Sonda İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Dr. Məhəmməd Pur “Şeiri ədəb” və “Tamam nəfaxir” adlı kitabları Milli Kitabxanaya hədiyyə etmiş, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov da öz növbəsində “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları qonağa təqdim edib.

Sonda qonaqla xatirə şəkli çəkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR