Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dövrün tələbi : onlayn dərsdən ən yaxşı şəkildə necə yararlanmaq olar

Dövrün tələbi : onlayn dərsdən ən yaxşı şəkildə necə yararlanmaq olar
Sakura

Artıq dünyanın ən yaxşı universitetləri onlayn magistr proqramları təklif edirlər

Koronavirus hər yanı cənginə aldıqdan sonra, çoxumuz uzaqdan işləməyə tez uyğunlaşmalı olduq və hətta pandemiyadan sonra da ən azı bəzi tapşırıqlarımızı onlayn olaraq yerinə yetirməli olacağıq.

Daha çevik iş metodlarına tələb artmaqda davam edir və bu da əbəs deyil - əlil və sağlamlıq problemləri olanlarla işləyənlərin, eləcə də uşaqlara qayğı göstərmələri lazım olanların işini yüngülləşdirir. Bəziləri bu yanaşmanın məhsuldarlığı artırdığını iddia edirlər.  Vebinarlar və konfranslar ev-ofisi tərk etmədən peşəkar inkişafı davam etdirməyə imkan verir.

Təhsil dünyası bu mənada heç nəylə fərqlənmir: bir çox bakalavr kursları tələbələrin boş vaxtlarında baxmalarından ötrü  mühazirələrin videosunu təqdim edir, Böyük Britaniyanın ən yaxşı universitetlərindən bəziləri isə onlayn magistr proqramları təklif edirlər. Bu il birinci kurs tələbələrinin tədrisi də çox fərqli olacaq, çünki bir çox tələbə tamamilə virtual olaraq təhsil alacaq.

Ancaq onlayn öyrənmək həmişə asan olmur. Saatlarla ekrana baxaraq konsentrasiyanı necə saxlayasan?  İş yükünü necə idarə edəsən?  Qeyd aparmağın ən yaxşı yolu nədir?  Ens.az saytı onlayn öyrənməyə vərdiş etməyinizə kömək edəcək bəzi tövsiyələri təqdim edir. 

Effektiv konspektlər  yazmağı öyrənin

Mühazirənin konspektləşdirilməsi kifayət qədər sadə bir iş kimi görünə bilər.  Ancaq bəzi strategiyalar başqalarından daha yaxşı işləyir və bunlardan məhz hansılarının daha effektiv qeydlər aparmanıza kömək edə biləcəyini bilmək lazımdır. 

2019-cu ildə Kent Universitetindən olan komanda, tələbələrin daha optimal konspekt tutma üsullarından nə qədər tez-tez istifadə etdiklərini öyrəndilər. Məsələn, qələmlə mühazirələr yazmağınız tövsiyə olunur, çünki noutbukda işləyəndə yaranan şaqqıltı həm məruzəçi, həm də yanında oturanların diqqətini yayındırır. Bundan əlavə, dəftərlərdəki qeydlər, adətən sadəcə hərfi kömürmədən  daha müxtəlif olur.  İnformasiyanı sadəcə passiv qeyd edib təkrar oxumaqla deyil,  sistemləşdirmək və  bilikləri yoxlamaq üçün istifadə etməklə daha yaxşı yadda saxlamaq olur.

Tədqiqatçılar tələbələrin həmişə bu üsullardan istifadə etmədiklərini aşkar etdilər. Onlayn kurslarda isə iştirakçıların yalnız yarısı ümumiyyətlə konspekt tuturdu. Komanda bunun narahatlıq doğurduğunu qeyd edir - sadəcə qeydləri nəzərdən keçirmək düzgün öyrənmək üçün kifayət deyil.

Öyrənməyə başlamazdan əvvəl özünüzə suallar  verin

Journal of Applied Research in Memory and Cognition-ın araşdırmasına görə mühazirədən nə öyrənmək istədiyinizi müəyyənləşdirmək, hədəflərinizə çatmağa kömək edəcəkdir.  Tələbələrə məlumat xarakterli videoçarx nümayiş olundu və sonra gördükləri barədə suallar verildi.  İştirakçıların bəzilərinə  baxmazdan əvvəl görəcəkləri şeylər barədə iki “ilkin sual” verildi və onlar sonradan təqdim olunan testin öhdəsindən,  videonu sadəcə  seyr edənlərdən daha yaxşı gəldilər.

Tədqiqatçılar bu metodun video təlimlər üçün xüsusilə təsirli olduğuna inanırlar:  ilkin suallara cavab tapmaq üçün videoya ötəri baxmaq  kifayət ermir, buna görə izləyicilər ehtimal ki,  daha diqqətli olacaqlar.

Odur ki, video mühazirədən və ya vebinardan nə əldə etmək istədiyinizi ona baxmazdan qabaq düşünün.  Bu, daha çox informasiyanı xatırlamağa kömək edəcəkdir.

Məqsədləri əvvəlcədən müəyyənləşdirin

İlkin suallar kiçik miqyasda, geniş hədəflərə dair suallar - daha böyük miqyasda işləyir.

Tədqiqat göstərdi ki, tələbələr, bir qayda olaraq, onlayn-təlim  üçün lazım olan sərbəst işləmə səviyyəsinə hazır deyillər. Onlayn öyrənmə ənənəvi öyrənməyə nisbətən daha az nəzarət və ətalətə malikdir.

Odur ki,  tədqiqatçılar tələbələrin onlayn kurslara başlamazdan əvvəl bir sıra amilləri nəzərə almasını təklif edirlər. Əvvəlcə nəyi öyrənməli olduğunuzu və hansı mənbələrdən istifadə edə biləcəyinizi düşünün. Sonra şəxsən hansı xüsusi strategiyalardan faydalana biləcəyinizi götür-qoy edin.

Nəhayət, hansı nəticələr əldə etmək istədiyinizi müəyyənləşdirməyə çalışın və kursun sonunda bunu nə dərəcədə yaxşı etdiyinizi qiymətləndirin.  Bu, gələcək siniflər, kurslar və ya modullar üçün təlim texnikasını  "itiləməyə" kömək edəcək.

Konsentrasiya üzərində işləyin

Bütün günü ekrana baxmaq yorucu ola bilər. Zoom-da saatlar sonra diqqətinizi cəmləşdirmək çətindir.  Buna görə diqqətinizi qorumaq üçün bir yol tapın.  Bununla bağlı ideya verən  kifayət qədər araşdırma var.  Onlardan birində iddia edilir ki, qaçış yolunda yerləşdirilmiş işçi masası yaddaş və konsentrasiyanı yaxşılaşdırır,  digərində isə eyni şey rəsm haqqında deyilir.  Amma əgər spinner həvəskarısınızsa, özünüzü məyus olmağa hazırlayın: 2019-cu ildə aparılan bir araşdırma göstərdi ki, onlar təlimə  mane olurlar.

Ünsiyyət saxlayın

Ənənəvi metodlardan fərqli olaraq, onlayn təhsil təkliyi əhatə edir: evdə təksiniz və nadir hallarda sinif yoldaşları ilə qarşılıqlı əlaqə qurursunuz.  Bu səbəbdən bir-biri ilə aparılan müzakirələr yalnız sosial həyatı yaxşılaşdırır, həm də öyrənmə yolundan qopmamağa kömək edir.

Bir araşdırma, onlayn forumlarda digər tələbələrlə kurs materiallarının müzakirəsinin nəticələri yaxşılaşdırdığını, öyrənmə forumlarında iştirak edən ən aktiv iştirakçıların daha yüksək nəticə alma ehtimalının yüksək olduğunu aşkar etdi.  Bu qismən motivasiya və səylə əlaqədardır – çalışqanlıqla öyrənən və təhlil edən tələbələr eyni həvəslə tələbə yoldaşları ilə ünsiyyət qururlar.  Ancaq aktiv öyrənmə də zərər vermir.

Sizə belə rahatdırsa, daha sonra başlayın

Hansısa mənada, onlayn-təlim  bayquşlar üçün idealdır: səhər 9-da bu axmaq mühazirəni dinləmək üçün yataqdan qalxmaq və kompüterinizi açmaqdan başqa bir şey etmək lazım deyil.  Yatıb qaldınızsa,  həmişə sonra izləyə bilərsiniz.

2017 –ci ildə aparılmış araşdırmaya görə, gec başlanğıc bir çoxları üçün faydalıdır: 11: 00-dan 21: 30-a qədər işləyən və daha gec bitirən tələbələr, öyrənmədə daha yaxşı nəticələr göstəriblər.  Tədqiqatçılar, asinxron onlayn- siniflərin fərqli yuxu rejiminə sahib insanlar üçün uyğun gəldiyini güman edirlər – nə vaxt oyandınızsa  dərsə başlaya bilərsiniz.

Sərhədlər qoyun

Ağıllı telefonlar insanlar üçün işləri çox asanlaşdırdı, eyni zamanda saatlarla sonra da bildirişlərlə bombardman edərək stress əlavə etdilər.  Bu, elə bir problemə çevrildi ki, Fransa hökuməti işçilərə iş vaxtı xaricində həmkarları və ya rəisləri ilə yazışmalardan “ayrılma hüququ” verdi.  Evdə işləyirsinizsə və ya oxuyursunuzsa, bu daha da çətin ola bilər.

İllinoys Universitetinin bu il nəşr etdirdiyi bir araşdırmada daima “əlaqədə” olma stresi vurğulanır.  Bir qrup müəllimləri araşdırdıqdan sonra komanda sərhədləri daha yaxşı quran iştirakçıların – məsələn, smartfonlardakı e-poçt xəbərdarlıqlarını söndürərək – işlərinə qarışmaq ehtimalının az olduğunu aşkar etdi.  Bu kimi sərhədlər təyin etmək, onlayn işləyərkən və ya təhsil alarkən diqqətinizi cəmləşdirməyə kömək edəcəkdir.

Kifayət qədər yatın

Doyunca  yuxu almaq idrak baxımından çox faydalıdır.  Məsələn, iş vaxtı arasında yatmaq daha sürətli xatırlamağa və məlumatı daha uzun müddət saxlamağa kömək edir.  Buna görə də semestr başlamazdan əvvəl bitki çayları tədarük edin.

Yaxşı yatdığınız düşüncəsi də, nə qədər yatdığınızdan və yuxunuzun nə qədər yaxşı olmasından asılı olmayaraq təsirli  rol oynaya bilər. Yaxşı  yata bilmirsiniz?  Narahat olmayın.  Bəzi araşdırmalar yuxusuzluğun mütləq dağıdıcı olmadığını və yuxu haqqında düşünməyimizin demək olar ki, nə qədər yatdığımız qədər vacib olduğunu göstərir.

Öz strategiyalarınızı tapın

Tövsiyələrə riayət etmək yaxşıdır, amma məhsuldarlıqdan danışarkən öz strategiyalarınızı tapmaq daha yaxşı ola bilər.  Proceedings of the National Science Academy-də dərc olunan son bir araşdırmada davranışın onlayn öyrənməyə təsirləri araşdırıldı və ümumi strategiyaların orta hesabla tələbələr üçün elə də faydalı olmadığı təsbit edildi.

Bunun əvəzinə, alimlər inanırlar ki, tələbə və müəllimlər öz ehtiyaclarını və işlədikləri kontekstdən xəbərdar olmalıdırlar.  Tələbənin İnternet bağlantısı ilə davamlı problemləri varsa, özünə nəzarət mövzusunda məsləhətə ehtiyac duymur, amma səhərlər oyanmaqda çətinlik çəkənlər üçün yenə də ehtiyac var. Buna görə fərdiləşdirilmiş strategiyalar üzərində iş ən çox uzunmüddətli perspektivdə xeyirlər gətirə bilər.

Mənbə: telegra.ph

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR