Slimfit
  1. CƏMİYYƏT

Dövlətdən pul almaq istəyənlərə şad xəbər - Prezident göstəriş verdi

Dövlətdən pul almaq istəyənlərə şad xəbər - Prezident göstəriş verdi
Sakura

Dövlətdən pul almaq istəyənlərə şad xəbər - Prezident göstəriş verdi

"Ünvanlı sosial yardım proqramı genişləndiriləcək".

BAKU.WS xəbər verir ki, bu sözləri İctimai TV-də yayımlanan "Sabahın Xeyir Azərbaycan" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndəsi Nuranə Həsənova deyib. 

ƏƏSMN rəsmisi bildirib ki, qanunvericilik aktlarında bir sıra dəyişikliklər hazırlanıb və hökumətə təqdim edilib:

 

"Əvvəllər müraciət edərkən ailənin krediti gəlir kimi göstərilirdi. Artıq bu hal nəzərə alınmayacaq. Digər bir dəyişiklik isə ailə tərkibi ilə bağlıdır. Əvəllər ailə tərkibi dəyişəndə bu, sosial müavinətin dayandırılmasına səbəb olurdu. Artıq bu hal da aradan qaldırılacaq.

Gəlir saxlanılmaqla ailənin tərkib hissəsi dəyişirsə, ona təyin olunan ünvanlı sosial yardım dayandırılmır. Bu hal olduğu təqdirdə vətəndaş 5 iş gün müddətində məlumat verməli idi. Bu da yeni dəyişiklikdə 5 gündən 15 günə çatdırılacaq. Bununla yanaşı, digər təkminləşdirmə işləri də nəzərdə tutulur".

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlı sosial yardımla bağlı göstəriş vermişdi və bildirmişdi ki, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR