Slimfit
  1. İQTİSADİYYAT

Dövlətdən kirayəyə ev götürənlər ilk müqavilələri bağladı

Dövlətdən kirayəyə ev götürənlər ilk müqavilələri bağladı
Sakura

Dövlətdən kirayəyə ev götürənlər ilk müqavilələri bağladı

Bu gün Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib. 

"Report" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir. 

Məlumata görə, Fondun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.

Vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 19-na qədər məhdudlaşdırıldığından, Fond vətəndaşların sənədlərinin qəbulunu da müvəqqəti dayandırıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar 8 374
Müraciət formalaşdıranlar 7 523
Müraciət göndərənlər 5 893
Sənəd təqdim edənlər 298
Razılıq qərarı alanlar 222
Razılıq verilməsindən imtina olunanlar 3
Mənzil seçimi edənlər 72
Rəsmiləşdirilmiş müqavilələr 6
Rəsmiləşdirilmə günü təyin olunanlar 23

Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR