Slimfit
  1. SİYASƏT

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib
Sakura

Dövlət Xidmətində uyğunluğu qiymətləndirən qurumlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində malların, işlərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirən akkreditasiya olunmuş 20-yə yaxın uyğunluğu qiymətləndirən qurumla akkreditasiya sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələbləri, mövcud problemlər və həlli yollarına dair görüş keçirilib.

"Ens.Az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə akkreditasiya sahəsində qüvvədə olan normativ hüquqi aktların, o cümlədən AZS 498-2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartının tələbləri, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn layihələr barədə məlumat verilib.

 

 

Bundan əlavə, tədbirdə sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, uyğunluğun qiymətləndirilməsi sahəsində gələcək hədəflərə dair fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR