Slimfit
  1. CƏMİYYƏT

Dövlət Xidməti Yol Polisinə müraciət etdi

Dövlət Xidməti Yol Polisinə müraciət etdi
Sakura

Dövlət Xidməti Yol Polisinə müraciət etdi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən qanunsuz qarışıq süxur daşındığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Axar.az-a verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qarışıq süxurun 16-T-103 dövlət nömrə nişanlı ekskvator ilə qazılaraq, "Ford" markalı 20-AD-806 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ərazidən daşındığı məlum olub.

“Faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.

B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qax rayonu ərazisindən keçən Kürmük çayının sahilindən İngiloy Kötüklü kənd sakini Rooma Berikaşvilinin idarə etdiyi ekskavatorla qum-çınqıl daşındığı müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR