Dövlət Xidməti: İstehlakçı hüquqları ilə bağlı inzibati xətaların sayı 42 % azalıb
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması nəticəsində təqdim olunmuş sübutlar əsasında 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq qanuni tədbirlər görülüb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, tərtib edilmiş protokolların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 42 % azalıb.
“İstehlakçı məmnuniyyətinin təmin edilməsi istiqamətində sahibkarların səylərinin artırılması sahibkar-istehlakçı münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Dövlət Xidməti tərəfindən həyata keçirilən intensiv maarifləndirmə tədbirləri də bu prosesə mühüm töhfə verir”, - deyə M. Abbasbəyli vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət