Dərc edildi: Baxış sayı: 543
Dövlət Turizm Agentliyində yeni şöbə yaradılıb
Dövlət Turizm Agentliyində Mədəni irs və regional turizm şöbəsi yaradılıb.
Bu barədə “Report”a Agentliyin mətbuat katibi Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, yeni şöbənin tərkibində Regional turizmin inkişafı və Mədəni irsin idarə edilməsi sektorları fəaliyyət göstərəcək.
Əvəzində indiyə qədər Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin tərkibində fəaliyyət göstərən Regional turizm və qoruqların inkişafı sektoru ləğv olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət