Slimfit
  1. SİYASƏT

Dövlət sərhədimiz bu halda bağlana bilər - Qanun

Dövlət sərhədimiz bu halda bağlana bilər - Qanun
Sakura

Dövlət sərhədimiz bu halda bağlana bilər - Qanun

Koronavirus təhlükəsinin artması səbəbi ilə artıq qonşu ölkələr İranla sərhədlərini bağlayıb. İranın Azərbaycanla olan sərhədində isə yoxlamalar gücləndirilsə də, gediş-gəlişə tam məhdudiyyət qoyulmayıb.

Maraqlıdır, dövlət sərhədi hansı hallarda bağlana bilər?

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinə görə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti dayandırılmalıdır.

Belə ki, Azərbaycan Respublikasının və ya xarici dövlətin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda təhlükəli sahələrdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Həmçinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin materialları, heyvan və bitki mənşəli digər məhsullar üçün karantin qoyula bilər.

Azərbaycan Respublikasının ərazisini yoluxucu heyvan xəstəliklərinin yayılmasından qorumaq üçün Azərbaycan Respublikasının dövlət sərhədi boyunca mal-qara saxlanması və otarılması qadağan edilən profilaktika zolağı müəyyən olunur. Bu zolağın enini və baytarlıq sanitariya rejimini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR