Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük nüfuz qazanıb

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük nüfuz qazanıb
Sakura

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük nüfuz qazanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunan təntənəli tədbir kеçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən danışıblar. Böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması qeyd edilib.

DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.

Məktəbdə kursantların yaxşı təhsil almasının, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi qeyd edilib.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə xüsusi marağı nəzərə alan Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusunun cari il martın 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.

Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.

Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik еdərək onlara nəsihətlər veriblər.

Tədbir kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR