Slimfit
  1. HƏRB

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Sakura

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Şəki və Zaqatala şəhərlərindəki hərbi hissələrində gənc əsgərlərin…

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Şəki və Zaqatala şəhərlərindəki hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Mərasimdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.

Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək, onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təminatı və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil olunacağına əminlik ifadə edilib.

Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına təbriklərini çatdıraraq Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR