Dövlət rəhbərləri Bakıya gəlməkdə davam edir
Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Axar.az xəbər verir ki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.
***
Liviyanın Baş Naziri Faiz Sarac və Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəliblər.
Axar.az xəbər verir ki, baş nazirləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
***
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani və Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob da Bakıya səfərə gəliblər.
***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodik və Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət