Dövlət qurumu müştərilərinə 25 min manatlıq ziyafət verəcək - Tenderin qalibi tanınmış şəxsdir
Azərbaycanın Milli rabitə operatoru olan "Aztelekom" MMC korporativ müştərilər, strateji tərəfdaş və potensial müştərilər üçün 25 min 199 manat 49 qəpik dəyərində ziyafət verəcək.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, "Aztelekom" MMC-nin müştəriləri üçün təşkil edəcəyi ziyafəti "Sinergi Partnerşip" MMC şirkəti həyata keçirəck. "Aztelekom" MMC-nin ziyafətin təşkili ilə bağlı 25 iyun 2019-cu il tarixində elan etdiyi kotirovka sorğusunun qalibi "Sinergi Partnerşip" MMC şirkəti olub.
Açıq internet resurslarda barəsində heç bir məlumata rast gəlinməyən bu şirkət 13.02.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan "Sinergi Partnerşip" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov, ev 87, m 8-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rüfət Abbasov Aydın oğludur.
Qeyd etdiyimiz kimi, 11 əvvəl dövlət qeydiyyatına alınan "Sinergi Partnerşip" MMC barədə internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Rüfət Aydın oğlu Abbasovun ad-soyadı ilə uyğunluq təşkil edən şəxsin daha əvvəl ölkənin aparıcı özəl telekominikasiya şikəti olan "Azercell Telekom" MMC-də yüksək vəzifə tutduğu məlumdur. Rüfət Aydın oğlu Abbasov daha sonra Mərkəzi Bankının Kommunikasiya departamentinin direktoru və Maliyyə Bazarlarına Nəzarət Palatası sədrinin müşavir vəzifəsində çalışıb. Mətbuatda yazılan məlumatlardan belə görünür ki, Rüfət Abbasov həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasındakı vəzifəsindən ayrılarkən bu vəzifələri şəxsi biznesi ilə əlaqədar olaraq tərk etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət