Slimfit
  1. CƏMİYYƏT

Dövlət qurumlarının təsərrüfat subyektlərinin mənafeyinə toxunan hərəkətləri qadağan edilir

Dövlət qurumlarının təsərrüfat subyektlərinin mənafeyinə toxunan hərəkətləri qadağan edilir
Sakura

Dövlət qurumlarının təsərrüfat subyektlərinin mənafeyinə toxunan hərəkətləri qadağan edilir

Dövlət qurumlarının təsərrüfat subyektlərinin mənafeyinə toxunan hərəkətləri qadağan edilir

Dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri və hərəkətsizliyi qadağan edilir.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.

Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya toxuna bilən) aşağıdakı hərəkətləri (hərəkətsizliyi) qadağan edilir:

- dövlət və bələdiyyə mülkiyyətində olmayan təsərrüfat subyektlərinə məhsulun istehsalı və satışı üzrə, həmçinin müəyyən kateqoriya müştərilərin üstünlük verilməklə təchiz edilməsi və ya bəzi müqavilələrin bağlanmasına üstünlük verilməsi üzrə birbaşa və dolayı göstərişlərin və (və ya) məcburi dövlət sifarişlərinin verilməsi, eyni zamanda müştərilərə müəyyən kateqoriya məhsulun xüsusi bazar subyektlərindən alınmasına dair məhdudiyyətlərin qoyulması;

- təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi;

- öz struktur bölmələrinə və tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən səlahiyyətlərin verilməsi;

- fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən təsərrüfat subyektlərinin və idarəetmə orqanlarının yaradılması;

- Azərbaycan Respublikasının ərazisində məhsulun hərəkətinə qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması;

- eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat subyektlərinə rəqabətdə üstünlük verə biləcək güzəştli kreditlərin, subsidiyaların, vergi və digər ödənişlər üzrə güzəşt və azadolmaların verilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan vəsaitdən güzəştli şərtlərlə istifadə etmək imkanının yaradılması;

- müəyyən məhsulun alışı, satışı, istehsalı, idxalı və ixracının, müəyyən sahibkarlıq fəaliyyət növü ilə məşğul olmanın, habelə yeni müəssisələrin, o cümlədən maliyyə institutlarının yaradılmasının qadağan edilməsi və ya məhdudlaşdırılması, eləcə də yeni texnologiyaların işlənilib hazırlanması ilə bağlı maneələrin yaradılması;

- təsərrüfat subyektlərinin müstəqilliyinin, o cümlədən xarici iqtisadi fəaliyyətinin məhdudlaşdırılması;

- rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və müştərilərin mənafeyinə toxunduğu hallarda qiymətlərin yüksəldilməsi, aşağı salınması və ya bir səviyyədə saxlanılması məqsədilə məhsul, o cümlədən maliyyə xidmətləri bazarlarına əsassız müdaxilə edilməsi;

- rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması;

- tələb və təklif sahəsində informasiya resursları üzərinə nəzarətin qoyulması və ya bəzi təsərrüfat subyektlərinə belə informasiya resurslarına üstün çıxış imkanının yaradılması;

- dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılması;

- yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələrin yaradılması;

- təsərrüfat subyektlərinin maddi ehtiyatlarla təchiz olunması üçün mərkəzləşdirilmiş qaydada təchizat kanallarının yaradılması;

- qarşılıqlı əvəz oluna bilən məhsulların istehsalına, idxalına və ixracına nəzarətin həyata keçirilməsi;

- az həcmdə gəlir əldə edən və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan, rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) güzəştlərin və əlverişli şərait yaradan üstünlüklərin verilməsi, yardım göstərilməsi;

- müştərilərin sərbəst seçim hüququnu məhdudlaşdıran (məhdudlaşdıra bilən) qərarların qəbul edilməsi;

- bələdiyyələrin öz səlahiyyətlərindən, bələdiyyə mülkiyyətində olan obyektlərin, yerli büdcənin, həmçinin büdcədənkənar fondların vəsaitindən ayrı-ayrı təsərrüfat subyektlərinə üstünlük yaratmaq məqsədilə istifadə etməsi;

- rəqabətin məhdudlaşdırılmasına səbəb olan (ola bilən) digər qanunsuz hərəkətlər (hərəkətsizlik).

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR