Dərc edildi: Baxış sayı: 328
Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 10-da saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat aprelin 10-u saat 9:00-da başa çatacaq.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət